Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlıq münasibətləri qurulur

2026-07-20 12:59

Mərkəzi Bank maliyyə sektorunun kadr potensialının artırılmasını hədəfləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir. Belə ki, Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlığın qurulması bu istiqamətdə növbəti mühüm mərhələyə çevrilib.

Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə institutun baş icraçı direktoru Metyu Hil arasında görüş keçirilib. Sığorta və maliyyə xidmətləri sahəsində peşəkar tədris üzrə dünyada aparıcı institutlardan biri olan bu təşkilatla görüş zamanı Azərbaycanda sığorta sektorunda insan kapitalının inkişafının dəstəklənməsi, ölkəmizin beynəlxalq standartlara uyğun sığorta üzrə regional tədris və təlim mərkəzinə çevrilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi perspektivləri müzakirə edilib.

Əməkdaşlıq çərçivəsində təşkilatın professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda həyata keçiriləcək beynəlxalq səviyyəli tədris proqramının tətbiq edilməsi üzrə ilkin razılıq əldə edilib.

Qeyd edək ki, bu proqram çərçivəsində sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, eləcə də bu istiqamətdə karyera qurmaq istəyən şəxslər qlobal nüfuzlu institutun təklif etdiyi sığorta və risk menecmenti istiqaməti üzrə peşəkar təhsil imkanlarından faydalanacaq. Bununla da proqram, ölkədə əmək bazarında dövrümüzün tələbləri və ehtiyaclarına cavab verən peşəkar mütəxəssislərin hazırlanmasına xidmət edəcək.

Digər

2026-07-20 12:59

Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” arasında strateji əməkdaşlıq münasibətləri qurulur

2025-09-19 08:51

Türk Sığorta Birliyinin Şuşada keçirilən ilk Assambleyası

2025-03-28 07:10

Qala Sığorta və Qala Həyat Sığorta Şirkətləri “YAŞAT” Fonduna 100 min manat ianə edib

2025-03-13 09:03

Qala Sığorta və Qala Həyat Sığorta Şirkətlər Qrupu və “AzRe Təkrarsığorta” ASC Azərbaycan Respublikasi Silahlı Qüvvələrinə dəstək olub!

2025-02-04 09:05

Bazarın aparıcı oyuncularından olan Qala Sığorta və Qala Həyat Sığorta Şirkətləri birlikdə daha güclüdürlər

2025-01-10 09:10

Qala Həyat Sığorta Şirkətinin sığorta yığımlarının həcmi artmaqda davam edir – HESABAT

2024-08-29 10:41

Qala Həyat Sığorta Şirkətinin sığortanın yığımları 14 milyon manata çatır

2023-04-08 07:10

Qala Həyat Sığorta Şirkətində inkişaf davam edir - YIĞIMLARIN HƏCMİ ARTIR

2022-02-11 07:10

Qala Həyat Sığorta Şirkəti 2021-ci ilin uğurlu fəaliyyətinin nəticələrini açıqladı

2021-04-15 07:10

Qala Həyat Sığorta Şirkəti müasir standartlara uyğun yenilənmiş saytını – TƏQDİM EDİB