İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır

2026-07-02 06:06

Bakı.01.07.2026. İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin əlçatanlığının və şəffaflığın daha da artırılması istiqamətində fəaliyyətini genişləndirərək yeni təşəbbüsə imza atıb. Müraciətlərin daha operativ və rahat şəkildə qəbul edilməsi məqsədilə xidmətlərin “ASAN xidmət” mərkəzlərində təşkilinə başlanılır.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində İcbari Sığorta Bürosunun xidmət pəncərəsi yaradılıb.

06 iyul 2026-cı il tarixindən etibarən İcbari Sığorta Bürosuna vətəndaş müraciətləri yalnız 2 saylı Bakı “ASAN xidmət” mərkəzində (Bakı şəhəri, 8 Noyabr prospekti 23, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsi) fəaliyyət göstərən xidmət pəncərəsi vasitəsilə qəbul ediləcək. 

İSB vətəndaşların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlərin tətbiqinə xüsusi önəm verir və bu istiqamətdə son dövrlərdə bir sıra rəqəmsal yeniliklər istifadəyə verilib. Vətəndaşlar İSB-nin rəsmi internet səhifəsinin (www.isb.az) “Şəxsi kabinet” və “Elektron xidmətlər” bölmələri vasitəsilə bir sıra xidmətlərdən onlayn şəkildə faydalana bilərlər. 

Eyni zamanda, www.isb.az  portalında "İcbari sığorta müqavilələrinin yoxlanılması" bölməsi vasitəsilə sığorta müqavilələrinin qüvvədə olub-olmadığını yoxlamaq mümkündür. 

İSB vətəndaşlara daha rahat və innovativ xidmətlərin təqdim edilməsi, yeni rəqəmsal həllərin tətbiqi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. 

Digər

2026-07-02 06:06

İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyətə başlayır

2025-09-19 08:51

Türk Sığorta Birliyinin Şuşada keçirilən ilk Assambleyası

2025-03-28 07:10

Qala Sığorta və Qala Həyat Sığorta Şirkətləri “YAŞAT” Fonduna 100 min manat ianə edib

2025-03-13 09:03

Qala Sığorta və Qala Həyat Sığorta Şirkətlər Qrupu və “AzRe Təkrarsığorta” ASC Azərbaycan Respublikasi Silahlı Qüvvələrinə dəstək olub!

2025-02-04 09:05

Bazarın aparıcı oyuncularından olan Qala Sığorta və Qala Həyat Sığorta Şirkətləri birlikdə daha güclüdürlər

2025-01-10 09:10

Qala Həyat Sığorta Şirkətinin sığorta yığımlarının həcmi artmaqda davam edir – HESABAT

2024-08-29 10:41

Qala Həyat Sığorta Şirkətinin sığortanın yığımları 14 milyon manata çatır

2023-04-08 07:10

Qala Həyat Sığorta Şirkətində inkişaf davam edir - YIĞIMLARIN HƏCMİ ARTIR

2022-02-11 07:10

Qala Həyat Sığorta Şirkəti 2021-ci ilin uğurlu fəaliyyətinin nəticələrini açıqladı

2021-04-15 07:10

Qala Həyat Sığorta Şirkəti müasir standartlara uyğun yenilənmiş saytını – TƏQDİM EDİB