“Qala Həyat Sığorta” nizamnamə kapitalını 1,3% artırıb
“Qala Həyat Sığorta” şirkəti 171,6 min manatlıq səhmlərin əlavə emissiyası hesabına nizamnamə kapitalının 1,3% - 13 mln. 41,6 min manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətdən məlumat verilir.
“Səhmdarlar qiymətli kağızların emissiyasına dair qərar qəbul ediblər. Hər birinin nominal dəyəri 2,86 min manat olan 60 ədəd qiymətli kağız buraxılıb. Beləliklə, şirkət nizamnamə kapitalını 171,6 min manat artırıb”, - şirkətdən qeyd ediblər.
Artımdan sonra "Qala Həyat Sığorta"nın nizamnamə kapitalı 13 mln. 41,6 min manat təşkil edib.
“Qala Həyat Sığorta” şirkəti 2008-ci ilin iyul ayında fəaliyyət üçün lisenziya alıb və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir.