Əgər faydalanan şəxs Sığorta olunanın ölümü halında müqaviləyə uyğun olaraq ona ödənilməli olan sığorta təminatını almadan ölərsə, sığorta ödənişi həmin faydalanan şəxsin vərəsələrinə verilir.
Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:
faydalanan şəxsin sığorta tələbi ilə bağlı ərizəsi və bank rekvizitləri;
18 yaşına çatmış və Azərbaycan Respublikasında rəsmi əmək müqaviləsi olan şəxslər «Həyatın Yaşam» sığorta məhsulu üzrə sığortalana bilərlər.
Əksər hallarda şəxsiyyət vəsiqəsi və müəyyən edilmiş formada doldurulmuş ərizə forması kifayətdir. Bəzi hallarda əlavə tibbi sənədlərin təqdim edilməsi tələb oluna bilər. Belə olduqda, bu barədə sizə müraciət mərhələsində məlumat veriləcəkdir.
Bəli. Sığorta məhsullarının əksəriyyəti üzrə müqavilə elektron qaydada bağlana bilər. Bu halda sığorta sənədləri də elektron formada təqdim edilir.
Sığorta təminatı müqavilədə göstərilən tarixdən və ya məhsulun şərtlərinə uyğun olaraq sığorta haqqı ödənildikdən sonra qüvvəyə minir.
Bəli. Sığorta müqaviləsi, sığorta təminatı, ödənilmiş sığorta haqları və digər məlumatlarla Sığortalının Şəxsi Kabineti vasitəsilə real vaxt rejimində tanış olmaq mümkündür.
Bəli. Kredit vaxtından əvvəl tam ödənildiyi halda sığorta müqaviləsinə xitam verilməsi üçün müraciət edə bilərsiniz. Müraciəti Sığortalının Şəxsi Kabineti vasitəsilə onlayn, telefonla və ya şəxsən təqdim etmək mümkündür.
Xeyr. Sığorta təminatı yalnız məhsulun şərtlərinə uyğun olaraq sığorta müqaviləsi qüvvəyə mindikdən sonra ilk dəfə diaqnoz qoyulmuş kritik xəstəliklərə şamil edilir. Ətraflı məlumat sığorta müqaviləsinin şərtlərində göstərilir.
Xeyr. Kritik xəstəliklərdən sığorta yalnız müqavilədə nəzərdə tutulmuş kritik xəstəliklərin diaqnozu qoyulduqda maliyyə təminatı təqdim edir. Həyat sığortası isə fərqli sığorta hadisələrini əhatə edir. Bu məhsullar ayrıca və ya birlikdə əldə oluna bilər.
Bəli. Müqavilənin şərtlərinə uyğun olaraq sığortalı şəxslərin siyahısına dəyişikliklərin edilməsi mümkündür. Bunun üçün sığortalı tərəfindən müvafiq məlumatın sığorta şirkətinə təqdim edilməsi kifayətdir.